Türkiyənin Pegasus Hava Yolları OAG-nin 2026-cı ilin iyun ayı üzrə açıqladığı hesabatda qlobal miqyasda dünyanın ən punktual ilk 5 aviaşirkəti sırasında yer alıb.
Bu barədə Aviapartner şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına bildirib.
Onun sözlərinə görə, reytinq aviaşirkətlərin reysləri vaxtında yerinə yetirmə göstəricilərinə əsasən hazırlanıb və Pegasusun əldə etdiyi nəticə şirkətin əməliyyat səmərəliliyinin, eləcə də sərnişin məmnuniyyətinə verdiyi önəmin göstəricisidir.
Qeyd edək ki, OAG (Official Airline Guide) aviasiya sənayesində reys performansı və punktuallıq üzrə dünyanın ən nüfuzlu analitik qurumlarından biri hesab olunur. Burada yer alan reytinqlər aviaşirkətlərin vaxtında uçuş göstəriciləri əsasında tərtib edilir.

