USD 1.7
12 °C

Pegasus Hava Yolları Bakı-İstanbul uçuşlarının sayını artırır

Aprel 28, 2025 12:31 / 69
Pegasus Hava Yolları Bakı-İstanbul uçuşlarının sayını artırır
A-
A
A+

Türkiyənin məşhur aşağıbüdcəli aviaşirkəti Pegasus Hava Yolları Bakıdan İstanbula uçuşların sayını artırır.

cbx-add

“Aviapartner” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev Turizmplus.az saytına bildirib ki, iyun ayından etibarən şirkət Bakı-İstanbul istiqamətində həftəlik uçuş sayını 9-a çatdırır. Bu, Pegasus-un Azərbaycan bazarında indiyə qədər tətbiq etdiyi ən yüksək uçuş tezliyidir.

Yeni uçuş cədvəli sayəsində sərnişinlər Bakıdan İstanbula daha çox seçim imkanı əldə edəcək və səyahət planlamaları daha rahat olacaq. Şirkət artan tələbatı və iki ölkə arasındakı turizm və işgüzar əlaqələrin inkişafını nəzərə alaraq bu qərarı verib.

Qeyd edək ki, əvvəllər Pegasus Hava Yolları Bakıdan həftədə 4, Gəncədən isə 2 reys həyata keçirirdi.

Oxşar xəbərlər