USD 1.7
14 °C

Orhan Sancar: Azərbaycan turizminin inkişafı “Pegas Touristik” şirkətinin maraq dairəsindədir

İyul 6, 2024 13:27 / 528
Orhan Sancar: Azərbaycan turizminin inkişafı “Pegas Touristik” şirkətinin maraq dairəsindədir
A-
A
A+

Məlum olduğu kimi 3 iyul 2024-cü ildə Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilib. Sammit regional təhlükəsizliyin möhkəmləndirilməsi, üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyətə həsr olunub.

cbx-add

Sammit zamanı Ukrayna və Qəzzadakı münaqişələr, Suriyadakı vəziyyət, eləcə də Akkuyu AES-i və Türkiyədə qaz qovşağının yaradılması kimi müxtəlif ikitərəfli layihələr kimi əsas məsələlər müzakirə edilib.

Pegas Touristik Azərbaycan ofisinin rəhbəri Nəzər Eminov Turizmplus.az saytına verdiyi açıqlamada bildirib ki, şirkətin MDB ölkələri üzrə koordinatoru Orhan Sancar ( Nobel mükafatı laureatı Aziz Sancar beyin qardaşı oğlu) “Rixos President Astana” mehmanxanasında nümayəndə heyətlərinin qəbulunda iştirak etməyə dəvət edilib. Türkiyə, Azərbaycan, Pakistan, Qətər və Monqolustan nümayəndə heyətləriin iştirakı ilə B2B görüşlər keçirilib və bu ölkələr arasında var olan turizm əlaqələrinin möhkəmləndirilməsi və daha da gücləndirilməsi xüsusi qeyd olunub.

Daha sonra Orhan Sancar Türkiyə nümayəndə heyətinin tərkibində cənab Prezident İlham Əliyevlə görüşüb, Aziz Sancarın salamlarını çatdırıb və Azərbaycan turizminin daha da inkişafının dünya markası olan “Pegas Touristik” şirkətinin maraq dairəsində olduğunu və hər zaman qardaş Azərbaycanın yanında hər cür fədakarlıq göstərməyə hazır olduqlarını bildirib.

Oxşar xəbərlər