USD 1.7
18 °C

“Jazeera Airways” Bakıya müntəzəm uçacaq: Rəsmi Tərəfdaş “Aviapartner” oldu

Aprel 24, 2025 11:21 / 363
“Jazeera Airways” Bakıya müntəzəm uçacaq: Rəsmi Tərəfdaş “Aviapartner” oldu
A-
A
A+

Küveytin aparıcı hava yollarından biri olan Jazeera Airways Azərbaycana müntəzəm uçuşlara keçid edir. Yeni marşrut çərçivəsində reyslər Aviapartner şirkətinin yerli təmsilçiliyi ilə həyata keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, əməkdaşlığa dair saziş Aviapartner şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev və aviaşirkətin satış rəhbəri Yana Waziry arasında imzalanıb.

Uçuşlar may ayı ərzində – həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və bazar günləri – reys vaxtı: 11:10 – 14:25,  iyun, iyul və avqust aylarında – həftənin bütün günləri, reys vaxtı: 11:10 – 14:25 həyata keçiriləcək.

Bütün uçuşlar müasir Airbus təyyarələri ilə yerinə yetiriləcək, bu da sərnişinlərə yüksək komfort və təhlükəsizlik təmin edir.

Jazeera Airways-in Bakı reysləri Azərbaycan-Küveyt arasında turizm və işgüzar əlaqələrin inkişafına böyük töhfə verir. Qonaqpərvərliyə, rahatlığa və dəqiqliyə önəm verən bu hava yolu şirkəti Yaxın Şərqdən Azərbaycana gəlmək istəyən turistlər üçün cəlbedici və rahat bir seçimdir.

Oxşar xəbərlər