USD 1.7
9 °C

“Health Voyage”ın təşkilatçılığı ilə Slovakiya sanatoriyaları Bakıda – FOTOLAR

Dekabr 5, 2024 16:03 / 149
“Health Voyage”ın təşkilatçılığı ilə Slovakiya sanatoriyaları Bakıda – FOTOLAR
A-
A
A+

Dekabrın 4-də “Health Voyage” şirkətinin təşkilatçılığı ilə Slovakiya sanatoriyalarının Bakıda təqdimatı baş tutub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə Slovakiya Respublikasının Azərbaycandakı səfiri Milan Layçak, Səfirliyin birinci katibi Sonya Krayçkova, konsul Eva Şandorodova və yerli turizm şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbir zamanı Slovakiyanın 4 tanınmış sanatoriyası barədə yeniliklər, məlumatlar və ümumi informasiyalar iştirakçılara təqdim edilib.

Pieştytanı kurortunun nümayəndəsi Yana Obertova saytımıza açıqlamasında Slovakiya-Azərbaycan turizm münasibətlərinin müsbət yöndə inkişaf etdiyini bildirib.

“Azərbaycanlı turistləri ölkəmizdə görməkdən məmnunuq. Ümid edirik ki, belə təqdimatlar nəticəsində ölkələr arasında turizm əlaqələrinin inkişafı daha da sürətlənəcək”, – deyə Yana Obertova bildirib.

“Health Voyage” şirkətinin rəhbəri Nazilə Fərəcova saytımıza verdiyi müsahibədə qeyd edib ki, tədbirin əsas məqsədi Slovakiyada fəaliyyət göstərən sanatoriyaların Azərbaycanda tanıdılmasıdır.

Nazilə Fərəcova

“Mən özüm bugün təqdimatda iştirak edən bütün sanatoriyalarda olmuşam və hər birinin keyfiyyətli xidmətinə bələdəm. Bundan əlavə sanatoriya dedikdə bəzilərimizin ağlına cansıxıcı məkan gəlsə də, Slovakiya sanatoriyalarında müalicəylə yanaşı istirahət və əyləncəli xidmətlər də təklif edilir. Buna görə də dəyərli partnyorlarımız ilə birgə Bakıda tədbir keçirmək qərarına gəldik. Mən ölkəmizdə yerləşən Slovakiya Respublikasının səfirliyinə də təşəkkür edirəm ki, bu işdə bizə yardımçı oldular.

Onu da nəzərinizə çatdırım ki, “Health Voyage”  şirkəti 7 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Bizim əsas məqsədimiz insanların bizim xidmətimizdən razı qalmasıdır. Bu həm də ona görədir ki, biz buna iş olaraq deyil, həyat tərzimiz olaraq baxırıq. Buna görə də hər bir pasiyentin və ya turistin razılığı bizim üçün xoşbəxtlikdir”, – deyə Nazilə Fərəcova  bildirib.

Qeyd edək ki, təqdimatda 30-a yaxın yerli turizm şirkətinin nümayəndəsi iştirak edib.

Oxşar xəbərlər