Gürcüstan “all inclusive” sisteminə keçid edir – NƏHƏNG TURİZM KOMPLEKSİ
Gürcüstan sahillərində hər şey daxil (all inclusive) mehmanxanalardan ibarət böyük turizm kompleksi istifadəyə veriləcək.
Turizmplus.az xəbər verir ki, Qara dəniz sahilində 1055 nömrəli 5 uldulu ilk “all inclusive” hotel gələn il xidmətə başlayacq.
İyulun 4-də “Wyndham Hotels & Resorts” daxilində açılacaq “Wyndham Grand Batumi Gonio” kompleksi üçün razılaşmalar bitib.
Gürcüstan nəhəng turizm kompleksi ilə Rusiya, Avropa ölkələri, İsrail, Türkiyə və ərəb ölkələrindən yüksək gəlirli turistləri cəlb etməyi hədəfləyir.
Kompleksdə 90 infrastruktur obyekti olacaq. Burada 24 saat yemək xidməti təklif edən 12 restoran və bar, 7 üzgüçülük hovuzu, 3 SPA mərkəzi, geniş su sahəsi, fizioterapiya klinikası, birinci dərəcəli idman və uşaq sahələri kimi məkanlar olacaq.