Türkiyənin 55 illik tarixi olan “Barut Hotels” şəbəkəsinə daxil 9 otelin və lüks seqmentə aid Bayou Villas brendinin möhtəşəm təqdimatı baş tutub.

Turizmplus.az xəbər verir ki, tədbir Bakının ən dəbdəbəli restoranlarından biri olan “Berry Baku”da keçirilib.
Tədbirdə Azərbaycanın 70 aparıcı turizm şirkətinin nümayəndələri iştirak edərək Barut Hotels və Bayou Villas-ın unikal konseptləri, yüksək xidmət standartları və qonaqlar üçün təqdim etdiyi üstünlüklər haqqında ətraflı məlumat alıblar.
Bu mühüm tədbirin təşkilatçısı Frisaga şirkəti olub. Frisaga, turizm sahəsində innovativ həllər təqdim edərək, beynəlxalq brendlərin yerli bazara çıxışını asanlaşdırmağa və turizm sənayesində yeni əməkdaşlıqların qurulmasına töhfə verməyə davam edir.