Dubaya səfər edəcək turistlərin NƏZƏRİNƏ: Xüsusi kampaniyalar sizi gözləyir

İyun 17, 2026 14:11 / 46
Dubaya səfər edəcək turistlərin NƏZƏRİNƏ: Xüsusi kampaniyalar sizi gözləyir
A-
A
A+

Dubay İqtisadiyyat və Turizm Departamenti (DET) 12 iyun – 31 avqust 2026-cı il tarixlərində həyata keçiriləcək “Bu Yaz Unudulmaz” adlı kampaniya çərçivəsində şəhərə gələn turistlər üçün xüsusi yay təkliflərini açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, kampaniya hotellər, əyləncə məkanları, ailə yönümlü fəaliyyətlər və şəhər üzrə müxtəlif turizm obyektlərini əhatə edir.

Kampaniya Dubayı yay mövsümündə daha əlçatan və cəlbedici turizm istiqamətinə çevirməyi hədəfləyir.

Dubai yay mövsümündə zəngin turizm imkanları ilə yanaşı, plajlar, alış-veriş mərkəzləri, mədəniyyət və əyləncə məkanları ilə turistlərə geniş seçimlər təqdim edir. Yeni kampaniya isə bu imkanlara daha sərfəli şərtlərlə çıxışı təmin etməyi nəzərdə tutur.

Yay boyunca qüvvədə olacaq təkliflər konaklama, ailə paketləri, əyləncə və tema parkları, həmçinin restoran və alış-veriş sahələrində müxtəlif üstünlükləri əhatə edir. Beləliklə, Dubay 2026 yay mövsümündə turistlərə daha əlverişli və yadda qalan səyahət təcrübəsi təqdim etməyə hazırlaşır.

Oxşar xəbərlər