DİQQƏT: Avropaya səfər edənlər üçün Şengenlə “başqa ölkəyə” dövrü BİTİR
Avropa İttifaqının 10 aprel 2026-cı il tarixindən tətbiq etdiyi yeni Giriş-Çıxış Sistemi (EES) Şengen vizası ilə həyata keçirilən səfərlərə nəzarəti daha da sərtləşdirib.
Turizmplus.az xəbər verir ki, yeni sistem vasitəsilə turistlərin Şengen zonasına ilk giriş etdiyi ölkə, qalma müddəti və ziyarət etdiyi digər ölkələr mərkəzləşdirilmiş məlumat bazasında qeyd olunur. Bununla da viza alınan ölkədən fərqli ölkələrdə uzun müddət qalmaq halları daha asan izlənə bilir.
Mütəxəssislər bildirirlər ki, viza müraciətində təqdim olunan səyahət planı ilə faktiki marşrut arasında ciddi fərqlər olması gələcək Şengen viza müraciətlərinin mənfi qiymətləndirilməsi riskini artıra bilər.
Avropa Komissiyasının məlumatına görə, 2024-cü ildə dünyada 11,7 milyondan çox Şengen vizası müraciəti qeydə alınıb. Türkiyə 1 milyon 173 min 917 müraciətlə Çinindən sonra ikinci yerdə qərarlaşıb. Eyni zamanda, Türkiyədən edilən müraciətlər üzrə viza rədd edilmə göstəricisi 14,5 faizə qədər azalıb.
Turizm sektoru nümayəndələri səyahətçilərə müraciət zamanı təqdim etdikləri marşrut və proqramlara mümkün qədər uyğun hərəkət etməyi tövsiyə edirlər.

