DİQQƏT: “ANEX Azərbaycan” şirkəti də rezervasiyalarla bağlı MƏLUMAT YAYDI

Aprel 29, 2026 12:04 / 267
DİQQƏT: “ANEX Azərbaycan” şirkəti də rezervasiyalarla bağlı MƏLUMAT YAYDI
A-
A
A+

ANEX Azerbaijan tərəfdaş agentliklərə ünvanladığı son bildirişdə yanacaq qiymətlərində artım fonunda tətbiq edilə biləcək əlavə xərclərlə bağlı yeni yanaşmasını açıqlayıb.

cbx-add

Turizmplus.az şirkətə istinadən xəbər verir ki, dünyada, xüsusilə Yaxın Şərq regionunda müşahidə olunan enerji böhranı səbəbindən yanacaq qiymətləri artıb və bu, bəzi hava yolları ilə turoperatorlar arasında mövcud müqavilə şərtlərinə təsir edərək qiymət dəyişikliklərinə səbəb olub. Bildirilir ki, yaxın dövrdə əlavə qiymət dəyişiklikləri də gözlənilir.

Bununla belə, ANEX mövcud vəziyyəti nəzərə alaraq agentliklər üçün xüsusi güzəşt tətbiq edib. Belə ki, hazırkı rezervasiyalar üzrə ilkin ödənişin minimum 30%-i 1 may 2026-cı il tarixinədək həyata keçirildiyi halda, yanacaq artımı ilə bağlı əlavə ödəniş tətbiq olunmayacaq.

Əks halda isə yaranan əlavə xərclərin rezervasiyalara əlavə ediləcəyi qeyd olunub.

Şirkət həmçinin xatırladıb ki, mövcud qaydalara əsasən, rezervasiyalar üzrə ilkin ödəniş təsdiqdən sonra 3 bank günü ərzində 20% həcmində həyata keçirilməlidir. Lakin mövcud şəraitdə tərəfdaşları çətin vəziyyətdə qoymamaq və əməkdaşlığı qorumaq məqsədilə əlavə xərclərin bir hissəsinin şirkət tərəfindən qarşılandığı vurğulanıb.

Agentliklərdən ödəniş intizamına daha ciddi riayət etmələri və müəyyən olunmuş qaydalara uyğun hərəkət etmələri xahiş olunub.

Oxşar xəbərlər