“Crocus City Hall”a dəyən ziyan nə qədərdir? – AÇIQLAMA
Moskvada Crocus City Hall-da baş verən terror aktından sonra baş vermiş yanğın nəticəsində dəyən ziyan təxminən 10 milyard rubl (cari məzənnə ilə 185 milyon manat) təşkil edə bilər.
Bunu Rusiyanın sığorta bazarındakı mənbə TASS-a bildirib.
Zərər ilkin olaraq 10 milyard rubl qiymətləndirilir…
“Yanğın nəticəsində “Crocus City Hall”un əmlakına dəyən zərər ilkin olaraq 10 milyard rubl qiymətləndirilir. Bina ənənəvi olaraq sığortalanıb”, – agentliyin həmsöhbəti bildirib.
Martın 22-də axşam Moskvada Crocus City Hall-da naməlum şəxslər avtomat silahdan atəş açıb, binada partlayış baş verib və yanğın başlayıb. Son məlumata görə, terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.
Konsert zalının tikintisi 70 milyon dollara başa gəlib…
Crocus City Hall 2009-cu ilin oktyabrında açılıb. 2015-ci ildə Ağalarov RBC-yə müsahibəsində bildirmişdi ki, konsert zalının tikintisi 70 milyon dollara başa gəlib, onun 35%-i kredit vəsaiti olub. Crocus City Hall-un maksimal tutumu 9,5 min nəfəri ötür. 2022-ci ildə zal modernləşdirilib. Həmin binada 225 otaqlı üçulduzlu “Aquarium Crocus City” oteli də fəaliyyət göstərir.
Mənbə: Marja.az