Tədbir müddətində Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bütün uçuşlar planlaşdırıldığı kimi həyata keçiriləcəkdir.
Bunu Turizmplus.az saytına açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
O bildirib ki, COP29 tədbiri ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərin gediş-gəlişinə hər hansı məhdudiyyət tətbiq olunmayacaq.
“Artan sərnişin axını və trafik sıxlığını nəzərə alaraq, sərnişinlərə hava limanına gələrkən və gedərkən ictimai nəqliyyatdan istifadə etmələri və əlavə vaxt planlamaları tövsiyə olunur”, – deyə Nərmin Xəlilova qeyd edib.