İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Ekrem İmamoğlu seçkidə qalibiyyətindən dərhal sonra, gecə saatlarında çıxış edib.
“Mediaplus” xəbər verir ki, 25 dəqiqəyə yaxın davam edən çıxışı zamanı o, İstanbulda yaşayan başqa xalqların nümayəndələrinə də təşəkkür edib.
“Bu şəhərin inanclılarına, xristianına, musəviəsinə, ermənisinə, süriyanisinə xeyirli olsun”, – deyə Ekrem İmamoğlu bildirib.