“Xan Qızı Travel” və Firuzə Fərziyeva aprelin ƏN YAXŞILARI SEÇİLDİ

Azərbaycanın innovativ turizm platforması Trippost.az aprelin ən yaxşı turizm şirkəti və bələdçisini elan edib. Müştəri rəyləri və qiymətləndirmələrinə əsasən bu ayın qalibləri “Xan Qızı Travel” turizm şirkəti və peşəkar bələdçi Firuzə Fərziyeva olub.

Turizmplus.az xəbər verir ki, Trippost istifadəçilərinin verdiyi yüksək qiymətlər və müsbət rəylər sayəsində bu iki ad turizm sahəsindəki keyfiyyətli xidmətləri və fərqli yanaşmaları ilə fərqləniblər.
“Xan Qızı Travel” müştəri məmnuniyyətinə verdiyi önəm, maraqlı tur paketləri və operativ xidmətləri ilə turistlərin etibarını qazanıb. Şirkət həm yerli, həm də xarici qonaqlara Azərbaycanı yeni baxışla təqdim edir.
Digər qalib Firuzə Fərziyeva isə Trippost platformasında qonaqlara göstərdiyi bilikli, səmimi və peşəkar yanaşması ilə bəyənilmə toplayıb. O, Azərbaycanın tarixi və mədəni irsini canlı şəkildə təqdim etməsi ilə tanınır.
Trippost komandası hər ay bu təşəbbüslə həm turizm xidmətlərinin keyfiyyətini artırmağı, həm də sektorda çalışan peşəkarların fəaliyyətini stimullaşdırmağı hədəfləyir.