Bu ölkələr İsrail-İran gərginliyinə görə vətəndaşlarına səyahət xəbərdarlığı edib
Fransa, Hindistan, Rusiya və Böyük Britaniya İsrail-İran gərginliyinə görə vətəndaşlarına səyahət xəbərdarlığı edib.
“Mediaplus” “Al Jazeera”ya istinadən xəbər verir ki, ölkələr öz vətəndaşlarını İsrailə, işğal olunmuş Fələstin ərazilərinə və bəzi hallarda daha geniş regiona səfər etməmək barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, buna səbəb İrandan İsrail ərazisinə hücum ehtimalıdır.