USD 1.7
23 °C

Bakıdan Maldivə birbaşa uçuşlar başlayır – MƏLUMAT

Sentyabr 3, 2024 12:52 / 118
Bakıdan Maldivə birbaşa uçuşlar başlayır – MƏLUMAT
A-
A
A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətin tarixində ilk dəfə olaraq Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-də həyata keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın.

Oxşar xəbərlər