Bakıdan bu istiqamətə birbaşa reyslər başlayır – MƏLUMAT

Aprel ayından Afina-Bakı-Afina istiqaməti üzrə birbaşa uçuşlara start veriləcək.

ATAA-dan Turizmplus.az saytına verilən məlumata görə, Yunanıstanın Afina şəhərinə, eləcə də Afinadan digər istiqamətlərə uçuşların təşkili məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Avialogistika Komitəsinin üzvləri ilə AEGEAN Hava Yolları şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə rəhbəri Yuliya Snetkova, AVİAREPS şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə direktoru Ayan Zeynalova və Aviareps şirkətinin Azərbaycan nümayəndəsi Nigar Məmmədova ilə keçirilən görüşdə müzakirə olunub.
Görüşdə ATAA üzvləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və iş birliyinin genişləndirilməsi, üzv şirkətlər üçün sərfəli qiymət siyasətinin formalışdırılması müzakirə olunub, komitə üzvlərinin təklifləri dinlənilib.
Qeyd edək ki, Afina-Bakı-Afina istiqaməti üzrə birbaşa uçuşlara aprelin 14-dən start veriləcək.