Bakıda Türkiyənin məşhur hotel brendi – “Granada”nın təqdimatı keçirilib

Bakıda “Summet Tour” tur-operatorunun təşkilatçılığı ilə Türkiyənin öndə gedən hotel brendlərindən biri – “Granada Luxury Hotels”in təqdimat mərasimi keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbirdə yerli qonaqlarla yanaşı “Granada Luxury Belek” hotelinin Baş meneceri Ufuk Sönmez, “Granada Luxury Hotels”in satış və marketinq direktoru Barış Kökkaya, MDB bazarı üzrə menecer Deniz Kasret Toksöz və satış direktoru Batu Darchia iştirak ediblər.
Tədbir iştirakçılarına hotellərdə mövsümə hazırlıq, yeniliklər, otaq potensialı barədə məlumat verilib.
Qeyd edək ki, tədbirdə ATAA-nın və 40 yerli şirkətin nümayəndəsi iştirak edib.