USD 1.7
24 °C

Bakıda “Tangiers Travel”in təşkilatçılığı ilə növbəti hotel təqdimatı – FOTO+VİDEO

Aprel 22, 2025 16:08 / 360
Bakıda “Tangiers Travel”in təşkilatçılığı ilə növbəti hotel təqdimatı – FOTO+VİDEO
A-
A
A+

Aralıq dənizi sahilində yerləşən və moda ilhamlı estetika ilə dizayn edilən 5 ulduzlu Fashiontv Luxe Resort, Tangiers Travel şirkətinin təşkilatçılığı ilə Bakıda rəsmi şəkildə təqdim olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edərək bu unikal kurort haqqında ətraflı məlumat əldə etdilər.

Təqdimat zamanı kurortun satış üzrə direktor müavini Şama Mastanova çıxış edərək resortun üstünlüklərindən, konseptindən və azərbaycanlı turistlər üçün təklif olunan xüsusi imkanlardan bəhs edib.

Milli Park ərazisində yerləşən kurort 5 mərtəbəli əsas bina, 20 villa və 26 lagun süit ilə qonaqlarına həm təbiət, həm də lüks içində istirahət imkanı yaradır. Kurortun 7 restoranı müasir dizayn və fərqli mətbəx konseptləri ilə qonaqlara yüksək səviyyəli qastronomik təcrübə təqdim edir.

Ailələr üçün xüsusi olaraq hazırlanmış Bambini Land – 3-17 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş interaktiv əyləncə zonası – valideynlərin rahatlığını və uşaqların təhlükəsizliyini ön planda tutur.

Fashiontv Luxe Resort-un Bakıda təqdim olunması, Azərbaycanın turizm sektorunda Aralıq dənizi istiqamətinə marağın artdığını bir daha sübut etdi. Yerli şirkətlər bu lüks kurortla əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı əldə ediblər.

Fashiontv Luxe Resort, həm ailəvi tətillər, həm də gənclər üçün ideal seçim olaraq, azərbaycanlı turistlərin ən sevilən məkanlarından birinə çevrilməyi hədəfləyir.

Oxşar xəbərlər