Bakıda “Selectum” hotellərinin təqdimatı keçirilib – FOTOLAR
“Summer Tour” tur-operatorunun və “Selectum Hotels and Resorts” hotellər şəbəkəsinin birgə təşkilatçılığı ilə təqdimat keçirilib.
Turizmplus.az xəbər verir ki, “Mangal Steak House” restoranında baş tutan təqdimatda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri və 40-a yaxın yerli şirkətin nümayəndələri iştirak edib.
“Selectum Hotels and Resorts” brendinin Mehmet Yavuz çıxışı zamanı şəbəkəyə daxil olan yeni hotellər və ümumilikdə 10 hoteldə baş verən yeniliklər barədə informasiyaları çatdırıb.
O, qeyd edib ki, “Kremlin Palace” istisna olmaqla digər hotellərin hər biri “Selectum” adlanmağa başlayacaq.
Görüş şam yeməyi ilə davam edib.