Bakıda “Classics and Supercars” Festivalı keçiriləcək

May 12, 2026 12:28 / 63
Bakıda “Classics and Supercars” Festivalı keçiriləcək
A-
A
A+

Paytaxtda avtomobil həvəskarları üçün maraqlı tədbir təşkil olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, 6–7 iyun tarixlərində Dənizkənarı Milli Park ərazisində “Classics and Supercars” festivalı keçiriləcək.

Məlumata görə, tədbir Azərbaycan Avtomobil FederasiyasıNazar Holdings şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Festival çərçivəsində klassik avtomobillərin və yüksək sürətli superkarların sərgisi təşkil olunacaq. Tədbirin həm yerli, həm də xarici avtomobil həvəskarları üçün cəlbedici platforma olacağı gözlənilir.

Qeyd edək ki, sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər info@faa.az elektron ünvanına və ya +994 50 295 01 00 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər