Bakıda “Baku Art Weekend” Festivalı keçirilir: İştirak etmək üçün hansı tətbiqi yükləmək və necə qeydiyyatdan keçmək lazımdır?

Oktyabr 30, 2026 23:12 / 112
Bakıda “Baku Art Weekend” Festivalı keçirilir: İştirak etmək üçün hansı tətbiqi yükləmək və necə qeydiyyatdan keçmək lazımdır?
A-
A
A+

Bakıda 30 oktyabr – 1 noyabr tarixlərində “Fly to Baku. Art Weekend. Sense the Future NOW” – “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” festivalı keçirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan Baku Art Weekend Festivalı Azərbaycanın dinamik incəsənət mühitini beynəlxalq auditoriyaya təqdim etməyi, yerli və xarici incəsənət nümayəndələri arasında yaradıcı dialoqu genişləndirməyi hədəfləyir.

Festival çərçivəsində Bakı şəhərinin müxtəlif muzeyləri, tarixi məkanları, qalereyaları və mədəniyyət mərkəzləri incəsənət platformasına çevriləcək. Üç gün davam edəcək proqram müasir incəsənət, sərgilər, performanslar, musiqi, poeziya, təhsil və interaktiv layihələri əhatə edir.

Festivalda iştirak etmək üçün nə yükləmək lazımdır?

Baku Art Weekend tədbirlərində iştirak etmək istəyənlər üçün xüsusi mobil tətbiq hazırlanıb. İştirakçılar proqramı və tədbirlərin keçirilmə vaxtlarını həmin tətbiq vasitəsilə izləyə, maraqlandıqları tədbirləri seçərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat qaydası:

Telefonunuza “Fly to Baku” mobil tətbiqini yükləyin.

Tətbiqdə qeydiyyatdan keçərək şəxsi profil yaradın.

Festivalın tədbirlər bölməsinə daxil olun.

İştirak etmək istədiyiniz sərgi, performans və digər tədbirləri seçin.

Seçdiyiniz tədbirlər üzrə uyğun ziyarət vaxtlarını müəyyənləşdirin.

Qeydiyyatı tamamladıqdan sonra şəxsi profilinizdə yaradılan QR kodu saxlayın.

Vacib: Şəxsi profildəki QR kod seçilmiş bütün tədbirlər üçün vahid giriş bileti funksiyasını yerinə yetirir. Buna görə hər tədbir üçün ayrıca bilet əldə etməyə ehtiyac yoxdur. 

Mobil tətbiqdən istifadə etmək istəməyənlər festivalın rəsmi internet səhifəsi⁠ vasitəsilə də qeydiyyatdan keçə bilərlər. Bunun üçün saytda “Daxil olun” bölməsinə keçərək “Qeydiyyat” hissəsində ad, soyad, mobil nömrə, elektron poçt ünvanı və şifrə məlumatlarını daxil etmək lazımdır. 

Oxşar xəbərlər