Bakı–Tehran–Bakı istiqaməti üzrə uçuşlar yenidən bərpa olunur

Aprel 29, 2026 14:22 / 47
Bakı–Tehran–Bakı istiqaməti üzrə uçuşlar yenidən bərpa olunur
A-
A
A+

Sabahdan etibarən Bakı–Tehran–Bakı istiqaməti üzrə uçuşlar yenidən bərpa olunur.

cbx-add

Turizmplus.az xəbər verir ki, reyslər həftədə bir dəfə – həftənin cümə axşamı günü “İran Air” aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Məlumata görə, 7 may tarixindən etibarən uçuşların tezliyi artırılacaq və reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, uçuşların bərpası regionda hava əlaqələrinin genişlənməsi və sərnişin axınının artması baxımından əhəmiyyətli hesab olunur.

Oxşar xəbərlər