Azərbaycan vətəndaşları üçün Monteneqro vizası almağın ASAN ÜSULU
Son dövrlərdə Balkan istiqamətlərinə marağın artması ilə əlaqədar olaraq, Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti prosesi asanlaşdırılmış qaydada həyata keçirilir.
Turizmplus.az xəbər verir ki, səyahət paketi əldə edən vətəndaşlar üçün viza müraciəti prosesi turizm şirkətləri tərəfindən koordinasiya olunur və müraciət proseduru daha rahat şəkildə təşkil edilir.
Monteneqro vizasına müraciət üçün hər bir müraciətçidən aşağıdakı əsas sənədlər tələb olunur:
Biometrik şəkil
Xarici pasport
Doldurulmuş viza müraciət forması
Sənədləri hazırlayan vətəndaşlar viza müraciətini həyata keçirmək üçün PAŞA Travel şirkətinə və ya səyahət paketini əldə etdikləri turizm şirkəti vasitəsilə müraciətlərini təqdim edə bilərlər.
Qeyd edək ki, səyahət paketi əldə edən vətəndaşların əlavə qurumlara ayrıca müraciət etməsinə ehtiyac olmur. Turizm şirkətləri vasitəsilə təqdim olunan sənədlər əsasında müraciətlər konsulluğa göndərilir və viza prosesi koordinasiyalı şəkildə həyata keçirilir.
Bu yanaşma Azərbaycan vətəndaşlarının Monteneqroya səfərini daha əlçatan edir və viza prosedurunun daha rahat təşkil olunmasına imkan yaradır.

