AZAL iyunun 15-dən bu istiqamətə uçuşları bərpa edir
“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
AZAL-dan Turizmplus.az saytına verilən məlumata görə, uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri reyslər həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.