AZAL 17 aprel tarixindən etibarən Bakıdan Batumiyə uçuşlara başlayır.
Turizmplus.az xəbər verir ki, reyslər artıq sistemdə aktivdir və həftənin cümə və bazar günləri həyata keçiriləcək.
Qara dəniz sahilində yerləşən Batumi istirahət, dəniz, şəhər həyatı və fərqli mədəni atmosferi bir arada yaşamaq istəyən turistlər üçün ən çox seçilən istiqamətlərdən biri hesab olunur.

