Avropanın bu şəhərlərinə köçsəniz maliyyə yardımı ala bilərsiz

Oktyabr 8, 2025 13:00 / 115
Avropanın bu şəhərlərinə köçsəniz maliyyə yardımı ala bilərsiz
A-
A
A+

Avropada əhalisi azalan bir sıra bölgələr yeni sakinləri cəlb etmək məqsədilə müxtəlif maliyyə təşviqləri həyata keçirir. Bu təşviqlər əsasən kənd və kiçik şəhərlərdə yaşayışı canlandırmaq, iqtisadi fəaliyyəti bərpa etmək və demoqrafik azalmanın qarşısını almağa yönəlib.

cbx-add

Turizmplus.az xəbər verir ki, İsveçrənin Albinen kəndi əhalinin azalması ilə mübarizə aparmaq məqsədilə 2017-ci ildə köçən ailələrə maliyyə dəstəyi proqramı təklif edib. Proqram çərçivəsində yetkin şəxslərə 25 min İsveçrə frankı, uşaqlara isə 10 min frank məbləğində yardım nəzərdə tutulub. Lakin bu təşviqat yalnız daimi yaşayış icazəsinə malik şəxslər və kənddə uzunmüddətli yaşamaq öhdəliyi götürən ailələr üçün keçərlidir.

İtaliyanın Presicce-Acquarica şəhəri (Puglia bölgəsi) də oxşar təşəbbüs həyata keçirib. Burada köhnə evlərin alınması və bərpası məqsədilə yeni sakinlərə 30 min avroya qədər maliyyə yardımı ayrılır. Proqramın məqsədi bölgədəki boş evləri yenidən yaşayış məkanına çevirmək və şəhərin iqtisadi həyatına yeni nəfəs gətirməkdir.

Sardinya adasında isə əhalisi 3 min nəfərdən az olan kəndlərdə ev alanlara 15 min avroya qədər subsidiya təqdim edilir. Yardım yalnız əsas yaşayış yeri kimi həmin ərazidə qeydiyyatdan keçən şəxslərə verilir və evin dəyərinin 50 faizindən artıq ola bilməz.

Digər bir nümunə Calabria bölgəsidir. Regionda 40 yaşdan aşağı şəxslərin kəndlərə köçməsi və burada iş qurması üçün 28 min avroya qədər maliyyə dəstəyi nəzərdə tutulur. Bu təşviq həm əhalinin azalmasının qarşısını almaq, həm də yerli iqtisadiyyatı inkişaf etdirmək məqsədi daşıyır.

Bu təşviqlər sosial şəbəkələrdə tez-tez “köçənlərə pul verilir” başlıqları ilə yayılsa da, əslində hər bir proqram müəyyən hüquqi və iqtisadi şərtlərlə həyata keçirilir. Yardım yalnız uzunmüddətli məskunlaşma, investisiya və yaşayış qeydiyyatı kimi tələblər yerinə yetirildikdə mümkündür.

Oxşar xəbərlər