Avropanın aparıcı müalicəvi hotelləri və sanatoriyaları “ALEAN COMPANY”nin təşkilatçılığı ilə Bakıya gəlir – QEYDİYYAT

Noyabr 4, 2025 15:45 / 386
Avropanın aparıcı müalicəvi hotelləri və sanatoriyaları “ALEAN COMPANY”nin təşkilatçılığı ilə Bakıya gəlir  – QEYDİYYAT
A-
A
A+

Tibbi turizm sənayesinin ən vacib və nüfuzlu görüşlərindən biri olan “Medical B2B Workshop 2025” 11 noyabr 2025-ci il tarixində The Ritz-Carlton, Baku otelində keçiriləcək.

cbx-add

TurizmplusTədbir ALEAN COMPANY tərəfindən ənənəvi olaraq təşkil olunur və səhiyyə, sağlamlıq turizmi, otelçilik və aviadaşıma sahələrinin nümayəndələrini bir araya gətirəcək.

İştirakçılar saat 09:30-dan etibarən Çexiya, Sloveniya, Slovakiya, Macarıstan, Çin, Litva, Ukrayna, Gürcüstan və Azərbaycan kimi ölkələrin aparıcı müalicəvi hotelləri, sanatoriyaları və turizm şirkətləri ilə birbaşa tanışlıq və əməkdaşlıq imkanına sahib olacaqlar.

Tədbirdə həmçinin aviaşirkətlərin, səfirliklərin və yerli turizm sənayesinin rəsmi nümayəndələri iştirak edəcək. Bu platforma beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və B2B formatında səmərəli əməkdaşlıqların təşviqi üçün unikal imkan yaradır.

Tədbirin sonunda qeydiyyatdan keçmiş iştirakçılar arasında hədiyyə və mükafat püşkatması keçiriləcək.
İştirakçılardan xahiş olunur, vizit kartlarını özləri ilə gətirsinlər.

Ətraflı məlumat üçün:
WhatsApp: ‪+994 77 250 07 70‬

Qeydiyyat üçün link:
https://forms.gle/vF22QYYg6rPyqGUK6

Oxşar xəbərlər