Bu gün xarici mediada Avropanın bir çox ölkələrinin müharibə, hərbi xərclər və bu kimi mövzulara aid yeni xəbərləri dərc edilib.
“Financial Times” qəzetinin yazdıqlarına görə, Almaniya “Soyuq Müharibədən” bəri özünün ən radikal hərbi islahatlarını açıqlayıb.
Nəşr bildirir ki, Bundesverin təşkilati strukturunun islahatı Almaniya Silahlı Qüvvələrinin fövqəladə vəziyyətlərə, o cümlədən müharibəyə hazır olmasını təmin etmək üçün nəzərdə tutulub.
Litvanın baş naziri İnqrida Simonyte isə Ukrayna üçün yeni yardım paketini elan edib.
“Reuters“ bildirir ki, Norveç 2036-cı ilədək müdafiə xərclərini 151 milyard dollara çatdıracaq. Bu barədə ölkənin Nazirlər Kabinetindən məlumat verilib.
Aydın məsələdir ki, bu xəbərlərin bir çoxu Rusiya-Ukrayna müharibəsi ilə yaxından bağlıdır. Onu da qeyd edək ki, Avropa ölkələrinin hərbi hazırlıqları barədə məlumatlar son həftələrdə qərb KİV-lərində intensiv şəkildə dərc edilir.