Heydər Əliyev adına Beynəlxalq Hava limanında sərnişinlərin təhlükəsizlik yoxlamasını daha rahat və sürətli həyata keçirmək üçün yeni nəsil avadanlıqlar istifadəyə verilib.
Turizmplus.az xəbər verir ki, artıq əl yükündə olan elektron cihazları və mayeləri çantadan çıxarmağa ehtiyac qalmır.
Müasir 3D skan texnologiyası ilə təchiz olunan yeni təhlükəsizlik cihazları yoxlama prosesini həm daha operativ, həm də daha dəqiq edir.
Yeniliyin sərnişinlərin keçid vaxtını azaltması və hava limanında rahatlığı artırması gözlənilir.

