Antalyanın ilk 5 ulduzlu tarixi hoteli 13 ildən sonra yenidən açılır

İyul 1, 2026 12:19 / 35
Antalyanın ilk 5 ulduzlu tarixi hoteli 13 ildən sonra yenidən açılır
A-
A
A+

1975-ci ildə istifadəyə verilən və Antalyanın ilk 5 ulduzlu hoteli kimi tarixə düşən, Koç Holdinqə məxsus Divan Talya hoteli 13 illik fasilədən sonra yenidən fəaliyyətə başlayır.

cbx-add

Turizmplus.az xəbər verir ki, hotelin 1 iyul 2026-cı il tarixindən etibarən kommersiya fəaliyyətinə başlayacağını açıqlanıb.

Hoteldə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, bütün zəruri icazələr alınıb. 176 otaq, 356 çarpayı, 2 restoran, 3 bar, 1 şirniyyat evi, seminar zalları, SPA və fitnes mərkəzləri, açıq və qapalı üzgüçülük hovuzları ilə təchiz olunan otel Turizm Müəssisəsi Sertifikatını əldə edib.

Hotel 1 iyul 2026-cı il tarixindən etibarən 5 ulduzlu lüks seqmentdə, beynəlxalq standartlara uyğun şəhər-resort konsepsiyasında fəaliyyət göstərəcək. İlkin mərhələdə sınaq istismarı həyata keçiriləcək, bu müddətdə yalnız şirkət rəhbərliyinin müəyyən etdiyi qonaqlara xidmət göstəriləcək və aşkar olunan çatışmazlıqlar aradan qaldırılacaq. Otaqların rəsmi satışı isə 30 sentyabr 2026-cı il tarixindən başlayacaq.

Qeyd edək ki, Vehbi Koç 25 fevral 1996-cı ildə, 95 yaşında olarkən məhz bu hoteldə vəfat edib. Onun qaldığı 609 nömrəli otaq hotel bağlanana qədər heç bir qonağa təqdim edilməyib.

Oxşar xəbərlər