USD 1.7
25 °C

Antalyanın ən yaxşı qolf sahəsi hansı hoteldədir? – ƏN YAXŞI MÜKAFATI

İyun 2, 2025 15:20 / 136
Antalyanın ən yaxşı qolf sahəsi hansı hoteldədir? – ƏN YAXŞI MÜKAFATI
A-
A
A+

Türkiyənin məşhur qolf istiqamətlərindən biri olan Belekdə yerləşən “Cullinan Links Golf Club” beynəlxalq qolf turizminin ən nüfuzlu tədbirlərindən biri sayılan IEC (IAGTO European Convention) çərçivəsində 19–21 may tarixlərində İspaniyanın Qran-Kanariya adasında keçirilən mükafatlandırma mərasimində “Ən Yaxşı Qolf Sahəsi” mükafatını qazanaraq bu böyük uğuru Antalya, Türkiyəyə gətirib.

cbx-add

Turizmplus.az xəbər verir ki, “Cullinan Links Golf Club”un Baş direktoru Şehmus Işık, peşəkar fəaliyyətində bu günə qədər bir çox mükafat aldığını, lakin bu mükafatın ölkə, destinasiya və təmsil etdiyi müəssisə baxımından çox dəyərli olduğunu vurğulayaraq bu uğuru yaşamaqdan böyük qürur duyduğunu bildirib. O qeyd edib ki, daha əvvəl IAGTO-nun İspaniya, Portuqaliya və İtaliyada keçirdiyi mərasimlərdə mükafat qazanan ölkə və sahələrə heyranlıqla baxıb və onları təqdir edib. Bu gün isə həmin mükafatı almağın sevincini yaşamaqdan böyük məmnunluq duyduğunu bildirib.

Eyni zamanda, bu mükafatın yalnız sahəyə deyil, bütövlükdə Türk turizminin və qolf sektorunun beynəlxalq standartlara çatmasının bir göstəricisi olduğunu da əlavə edib.

Oxşar xəbərlər