USD 1.7
25 °C

“ANEX Tour”un Bakı rəhbəri ilə EKSKLÜZİV MÜSAHİBƏ: YENİLİKLƏR VƏ PLANLAR

İyun 18, 2025 16:07 / 268
“ANEX Tour”un Bakı rəhbəri ilə EKSKLÜZİV MÜSAHİBƏ: YENİLİKLƏR VƏ PLANLAR
A-
A
A+

Qardaş Türkiyənin aparıcı turizm brendlərindən biri olan Anex Tour, artıq rəsmi olaraq Azərbaycan bazarında fəaliyyətə başlayıb. 29 illik təcrübəyə malik olan şirkət, dünyada 50-dən çox istiqamətdə fəaliyyət göstərir və ildə yalnız Türkiyəyə 1,5 milyona yaxın turist axını təmin edir.

cbx-add

Azərbaycandakı fəaliyyətini Bakı–Antalya xətti üzrə AJet ilə birgə əməkdaşlıqla başlayan Anex Tour, həm yerli səyahət agentlikləri, həm də fərdi müştərilər üçün keyfiyyətli və etibarlı xidmət vəd edir.

Turizmplus.az olaraq biz də bu yeni mərhələnin detalları ilə maraqlandıq və Anex Tour-un Azərbaycandakı rəhbəri Kaan Çelik ilə eksklüziv müsahibə həyata keçirdik. Müsahibədə həm şirkətin Azərbaycan bazarına baxışı, planları, fərqli yanaşmaları, həm də gələcəyə dair strateji məqsədləri ətrafında maraqlı məqamlar yer alıb.

– ANEX Tour-un Azərbaycanda fəaliyyətə başlamasının əsas məqsədi nədir və bu bazardan gözləntiləriniz nələrdir?

– Qardaş ölkə Azərbaycan bazarında Anex Tour-un fəaliyyətə başlamasını uzun illərdir arzulayırdıq. Burada olmaqdan böyük məmnunluq duyuruq.

Azərbaycan bazarı inkişaf potensialı yüksək olan və keyfiyyətli xidmət tələb edən bir bazardır. 29 ildir dünyanın müxtəlif tətil istiqamətlərində göstərdiyimiz yüksək xidmət keyfiyyətini Azərbaycanlı agentliklərə və qonaqlara da təqdim etmək üçün əlimizdən gələni edəcəyik.

– Azərbaycan turizm bazarında hansı yenilikləri və ya fərqli xidmətləri təqdim etməyi planlaşdırırsınız?

– Başda MDB ölkələri olmaqla Almaniya, Polşa, Baltikyanı ölkələr kimi müxtəlif bazarlardan yalnız Türkiyəyə ildə təxminən 1.500.000 turist gətirən bir şirkət olaraq, davamlılığı təmin etməyin və xidmət keyfiyyətimizi daim yüksək səviyyədə saxlamağın vacibliyini anlayaraq fəaliyyət göstəririk.

Yeni daxil olduğumuz Azərbaycan bazarında da eyni yanaşmanı qoruyaraq, düzgün məhsulu, uyğun qiymət və yüksək xidmət keyfiyyəti ilə təqdim etmək bizim üçün əsas prioritet olacaq.

– Yerli turizm şirkətləri və agentliklərlə hansı əməkdaşlıq planlarınız var?

– Yerli şirkətlərlə əməkdaşlıq bu işin ayrılmaz bir hissəsidir. Ancaq təqdim edəcəyimiz ilk və ən önəmli fərq – şəffaflıq, davamlılıq və hər zaman əlçatan olmaqdır. Qarşılıqlı inama əsaslanan tərəfdaşlıq bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

– Azərbaycan vətəndaşları üçün hansı istiqamətlərdə turlar təklif olunacaq və bu turlar hansı üstünlüklərlə fərqlənəcək?

– İlk fəaliyyət ilimiz olduğu üçün yavaş, lakin möhkəm addımlarla irəliləməyi hədəfləyirik. Bu məqsədlə, bu il Bakı–Antalya xətti üzrə AJet ilə əməkdaşlığa başladıq. 14 iyun tarixindən etibarən Bakı–Antalya tur paketlərinin satışına start verdik. Bununla yanaşı, şirkətin fəaliyyət göstərdiyi 50-dən çox istiqamətə təyyarəsiz və GDS sistemi üzərindən müntəzəm uçuşlarımız mövcuddur.

Avropa, Uzaq Şərq, Baltikyanı və digər bir çox bölgədə yerləşən ofislərimiz sayəsində qonaqlarımız tətilin hər mərhələsində Anex Tour-un təqdim etdiyi etibarlı xidmətin fərqini hiss edəcəklər.

Oxşar xəbərlər