Air Arabiadan ENDİRİM: Şarja və Əbu-Dabi üzrə 233 AZN-dən başlayan qiymətlər

Avqust 26, 2026 18:06 / 29
Air Arabiadan ENDİRİM: Şarja və Əbu-Dabi  üzrə 233 AZN-dən başlayan qiymətlər
A-
A
A+

Air Arabia Hava Yolları sərnişinlərə daha sərfəli qiymətlərlə səyahət etmək imkanı təqdim edən “Möhtəşəm Səyahətlər” adlı yeni endirim kampaniyasını elan edir.

cbx-add

Turizmplus.az xəbər verir ki, kampaniya çərçivəsində sərnişinlər 279 AZN-dən başlayan tariflərlə Şarja, Əbu-Dabi, Male, Kuala Lumpur, Kolombo, Phuket, Banqkok və digər populyar istiqamətlərə aviabiletlər əldə edə biləcəklər.

Kampaniya üzrə biletlərin satış müddəti 24 avqust – 10 sentyabr 2026-cı il, səyahət müddəti isə 25 noyabr 2026-cı il tarixinədək müəyyən edilib. Xüsusi tariflər artıq satış sistemində aktivdir.

Bununla yanaşı, Şarja və Əbu-Dabi istiqamətləri üzrə 233 AZN-dən başlayan xüsusi tariflər avqust ayının sonunadək qüvvədə olacaq və sərnişinlərə oktyabr ayının sonunadək səyahət etmək imkanı verir.

Kampaniya Air Arabia-nın sərnişinlərə müxtəlif istiqamətlər üzrə daha əlçatan və sərfəli səyahət imkanları təqdim edir.

Aviabiletləri airarabia.com veb-səhifəsi, Air Arabia satış ofisi və səyahət agentlikləri vasitəsilə əldə etmək mümkündür.

Oxşar xəbərlər