Yaxın Şərqdə mövcud vəziyyət və bir sıra hava məkanlarının bağlanması səbəbindən Air Arabia aviaşirkətinin BƏƏ-yə və BƏƏ-dən həyata keçirilən bir çox uçuşu ləğv olunub.
Turizmplus.az xəbər verir ki, bu qərar çərçivəsində Əbu-Dabi – Bakı – Əbu-Dabi marşrutu üzrə həyata keçirilən 3L730 və 3L731 saylı uçuşlar da 15 aprel 2026-cı il tarixinədək ləğv edilib.
Aviaşirkət sərnişinlərə dəstək məqsədilə xüsusi dəyişiklik və ləğv siyasəti tətbiq etdiyini bildirib.
Yenidən bronlaşdırma:
Ləğv edilmiş uçuşlarda bronu olan sərnişinlərə ilkin uçuş tarixindən ±30 gün ərzində bir dəfə ödənişsiz tarix dəyişikliyi etmək imkanı verilir.
Ləğv etmə:
Sərnişinlər aşağıdakı variantlardan birini seçə bilərlər:
-
Bilet məbləğinin tam kredit vauçeri şəklində verilməsi
-
Ödənişin ilkin ödəniş üsulu ilə tam geri qaytarılması
Aviaşirkət həmçinin bildirib ki, agentlər UN statusu düşmüş rezervasiyalar üzrə dəyişiklikləri birbaşa AccellAero sistemi vasitəsilə həyata keçirə bilərlər.
Ləğv edilmiş biletlərin geri qaytarılması üçün isə sərnişinlər və agentliklər azsales@airarabia.com elektron poçt ünvanına müraciət etməlidirlər. Qrup rezervasiyaları olan agentliklərdən də aviaşirkətlə əlaqə saxlamaları xahiş olunur.
Şirkətdən qeyd olunub ki, hazırda zənglər və elektron müraciətlərin sayı yüksək olduğuna görə sərnişinlərə uçuş statusunu mütəmadi olaraq rəsmi kanallar vasitəsilə yoxlamaları tövsiyə edilir.

