ABŞ-dən XƏBƏRDARLIQ: Yaxın Şərqdə uçuşlar ləğv edilə, hava məkanları bağlana bilər
Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ-ın bölgədəki vətəndaşlarına yeni təhlükəsizlik xəbərdarlığı verilib.
Turizmplus.az xəbər verir ki, ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin bir neçə saat öncə yaydığı son təhlükəsizlik xəbərdarlığında bölgədə təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığı və gözlənilməz eskalasiya ehtimalının olduğu bildirilib.
ABŞ vətəndaşlarına uçuşların ləğvinə, hava məkanlarının vaxtaşırı bağlanmasına və mümkün səyahət məhdudiyyətlərinə hazır olmaq tövsiyə edilib.
ABŞ-ın bölgədəki vətəndaşlarına ərazini tərk etməyi nəzərdən keçirmək və gərginliyin artacağı təqdirdə bölgədən çıxmağa hazır olmaq çağırışı da edilib.
ABŞ tərəfi Yaxın Şərqdə olan vətəndaşlara vəziyyəti yaxından izləməyi, ehtiyatlılığı və sayıqlığı artırmağı tövsiyə edib.

