Azərbaycanda aviabilet qiymətlərinin daha sərfəli olması üçün yeni addımlar atılacaq

Avqust 20, 2026 17:32 / 110
Azərbaycanda aviabilet qiymətlərinin daha sərfəli olması üçün yeni addımlar atılacaq
A-
A
A+

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aviabilet qiymətlərinin əlçatanlığının artırılması ilə bağlı mühüm tədbir nəzərdə tutulub.

cbx-add

Turizmplus.az xəbər verir ki, Dövlət Proqramında nəqliyyat infrastrukturunun turizmin inkişafına töhfəsinin artırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə aviabilet qiymətlərinə əlçatanlığın artırılması ayrıca tədbir kimi qeyd olunub.

Sənədə əsasən, hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuş tezliyinin artırılması və aviabilet qiymətlərinin daha əlçatan olması üçün təşviq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş intensivliyinin artırılması nəzərdə tutulur.

Dövlət Proqramında regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb olunmasının təşviq edilməsi də nəzərdə tutulub.

Bu tədbirlərin həyata keçirilməsi nəticəsində həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn xarici turistlər üçün hava nəqliyyatından istifadənin daha əlçatan olması hədəflənir.

Oxşar xəbərlər