ANEX Phuket və Khao Lak istiqamətində infotur elan edib – MƏLUMAT
Turizm şirkətlərinin əməkdaşları üçün Taylandın Phuket və Khao Lak istiqamətlərini əhatə edən infotur elan edilib.
Turizmplus.az xəbər verir ki, ANEX tərəfindən təşkil olunan infotur 2–11 noyabr 2026-cı il tarixlərində keçiriləcək. Səfərin müddəti 9 gecə təşkil edir və iştirak haqqı 400 avrodur.
Proqram çərçivəsində iştirakçılar 4 və 5 ulduzlu hotellərdə yerləşdiriləcək, həmçinin hotel inspeksiyalarında iştirak edəcəklər.
İştirak haqqına daxildir:
- Sunday Airlines ilə Astana–Phuket–Astana aviabileti;
- 4*/5* hotellərdə yerləşmə;
- 1/2 DBL yerləşmə;
- BB/HB qidalanma;
- Tibbi sığorta;
- Proqrama uyğun transferlər və hotel inspeksiyaları.
Qeyd olunur ki, Astanaya qədər olan aviabilet iştirakçı tərəfindən ayrıca alınmalıdır. Şəxsi xərclər də qiymətə daxil deyil.
İnfoturda yalnız 1 turizm agentliyi əməkdaşının iştirakı mümkündür. Uşaqların və ailə üzvlərinin iştirakı nəzərdə tutulmayıb.
İnfoturla bağlı qeydiyyat və digər məlumatlar ANEX-in agentlər üçün hazırladığı təqvim bölməsində təqdim olunur.

