Azərbaycan Hava Yolları (AZAL) Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacağını elan edib.
Turizmplus.az xəbər verir ki, yeni reyslər 8 may 2027-ci il tarixindən etibarən həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Bakı–Brüssel–Bakı reysləri üçün bilet satışı artıq başlayıb. Sərnişinlər biletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə edə bilərlər.

