Tehran–Dubay arasında birbaşa aviareyslər iyulun 1-dən bərpa olunacaq.
Turizmplus.az İranın Mülki Aviasiya Təşkilatına istinadən xəbər verir ki, İran və BƏƏ-nin aviasiya qurumları marşrut üzrə uçuşların bərpası üçün bütün zəruri icazələri verib. İlk mərhələdə reyslər İran aviaşirkətləri tərəfindən yerinə yetiriləcək, digər daşıyıcıların isə sonrakı mərhələdə marşruta qoşulması planlaşdırılır.
Digər beynəlxalq istiqamətlər üzrə uçuşların bərpası ilə bağlı qərarlar isə əlavə qiymətləndirmələrdən sonra veriləcək

