“FLYONE Asia” Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb

İyun 1, 2026 10:55 / 46
“FLYONE Asia” Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
A-
A
A+

Özbəkistanın FLYONE Asia aviaşirkəti Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına start verib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü yerinə yetiriləcək.

Yeni marşrutlar Azərbaycan və Özbəkistan arasında turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək. Xüsusilə, Gəncə ilk dəfə olaraq Daşkəndlə birbaşa hava əlaqəsi əldə edir ki, bu da regionun beynəlxalq nəqliyyat əlçatanlığını artıracaq.

Qeyd edək ki, FLYONE Asia-nın Azərbaycan bazarına daxil olması ölkənin beynəlxalq hava nəqliyyatı şəbəkəsinin genişlənməsi istiqamətində növbəti mühüm addım hesab olunur.

Oxşar xəbərlər