Monteneqroda Budva–Tivat avtomobil yolunda Azərbaycanla bağlı maraqlı detalların yer alması sosial şəbəkələrdə geniş rezonans doğurub.
Turizmplus.az xəbər verir ki, yol kənarlarında Azərbaycanın müxtəlif rayonlarının adlarının və avtomobil dövlət qeydiyyat nişanlarının ilk rəqəmlərinə işarə edən yazıların yerləşdirildiyi müşahidə olunub. Bu detallar yerli və xarici turistlər tərəfindən maraqla qarşılanıb və sosial mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, həmin yolun tikintisi və infrastruktur işlərində azərbaycanlı ustaların da iştirak etdiyi bildirilir.

