Turizmplus.az xəbər verir ki, Keti Perri 2026-cı il Formula 1 Qatar Airways Azerbaijan Grand Prix 2026 çərçivəsində konsert proqramı ilə çıxış edəcək.
Məlumata görə, məşhur ifaçı sentyabrın 25-də səhnəyə çıxaraq yarış həftəsonunun əyləncə proqramına rəng qatacaq.
Qeyd edək ki, Bakıdakı Formula 1 yarışları hər il yalnız idman deyil, həm də dünya ulduzlarının iştirakı ilə keçirilən möhtəşəm konsert proqramları ilə diqqət çəkir. Bu isə paytaxta gələn turistlərin sayına və ümumi turizm aktivliyinə müsbət təsir göstərir.

