AZAL-dan ENDİRİM KAMPANİYASI: Bu tarixləri əhatə edəcək
AZAL sərnişinlər üçün aprel endirim kampaniyasına start verib.
Turizmplus.az xəbər verir ki, kampaniya çərçivəsində beynəlxalq uçuşlara biletlər üzrə 30%-dək endirim tətbiq olunur.
Məlumata görə, endirimli biletlərin satış müddəti 3 aprel tarixinədək, uçuş müddəti isə 15 mayadək nəzərdə tutulub. Kampaniya yüksək tələbat dövrünü əhatə etmir.
Endirim müntəzəm beynəlxalq uçuşlarda Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil olunur. Vergi və əlavə yığımlar isə kampaniyaya daxil deyil.

