“SAVTOUR” Turizm Şirkəti 10 illik yubileyini və yeni ofisinin açılışını qeyd edib – FOTOLAR

Mart 16, 2026 13:13 / 229
“SAVTOUR” Turizm Şirkəti 10 illik yubileyini və yeni ofisinin açılışını qeyd edib – FOTOLAR
A-
A
A+

Bakıda fəaliyyət göstərən SAVTOUR turizm şirkəti üçün əlamətdar günlərdən biri qeyd olunub. Şirkət həm yeni ofisinin açılışını, həm fəaliyyətinin 10 illik yubileyini xüsusi tədbirlə qeyd edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə turizm sektorunun nümayəndələri, tur operatorlar, tərəfdaş şirkətlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri qonaq qismində iştirak ediblər.

Açılış mərasimi şirkətin təsisçisi Asif Əsgərov direktoru Vüsal Əsgərovun çıxışı ilə başlayıb. Çıxışlarda şirkətin keçdiyi inkişaf yolu, turizm sahəsində əldə etdiyi nəticələr gələcək planları barədə məlumat verilib.

Rəsmi hissədən sonra tədbir musiqili proqram qonaqların iştirakı ilə davam edib.

Qeyd edək ki, SAVTOUR turizm şirkəti 2016-ilin mart ayında Azərbaycanda fəaliyyətə başlayıb. Şirkət ilk illərdə əsasən outgoing turizmxaricə tur paketlərinin təşkili digər turizm xidmətləri üzrə fəaliyyət göstərib.

2019-cu ildən etibarən isə şirkət incoming turizm istiqamətində fəaliyyətini genişləndirərək xarici turistlərin Azərbaycana cəlb olunmasına başlayıb. Hazırda şirkət Özbəkistandan Azərbaycana turist axınının təşkilində ön sıralarda yer alan turizm şirkətlərindən biri hesab olunur. Eyni zamanda Qazaxıstandan turistlərin cəlb olunması istiqamətində aktiv fəaliyyət göstərir.

2025-ci ildən etibarən SAVTOUR fəaliyyətini daha da genişləndirərək ölkədaxili transfer xidmətləri üzrə ayrıca departament yaradıb.

Şirkət gələcəkdə turizm sahəsində yeni layihələr həyata keçirməyi xidmət keyfiyyətini artıraraq fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.

Oxşar xəbərlər