“Summer Tour Azerbaijan” Antalyaya 2 İNFO-TUR təşkil edəcək – MƏLUMAT

Mart 5, 2026 16:20 / 80
“Summer Tour Azerbaijan” Antalyaya 2 İNFO-TUR təşkil edəcək – MƏLUMAT
A-
A
A+

“Summer Tour Azerbaijan” şirkəti turizm agentliklərinin nümayəndələri üçün Antalya istiqaməti üzrə iki Fam Trip təşkil edəcəyini açıqlayıb. Səfərlər 2026-cı ilin aprel ayında həyata keçiriləcək və iştirakçılar üçün 5 ulduzlu hotellərdə qonaqlama nəzərdə tutulur.

cbx-add

Turizmplus.az xəbər verir ki, ilk Fam Trip 8–15 aprel, ikinci Fam Trip isə 18–25 aprel 2026-cı il tarixlərində keçiriləcək. Uçuşlar Azərbaycan Hava Yolları tərəfindən J2 025/J2 026 reysləri ilə həyata keçiriləcək və paketə 23 kq baqaj və 10 kq əl yükü daxildir. Səfərin qiyməti 400 ABŞ dolları təşkil edir.

Qiymətə gediş-dönüş aviabiletlər, 7 gecə 5 ulduzlu hotellərdə qonaqlama, AI və UAI konsepsiyası üzrə qidalanma, tibbi səyahət sığortası və transfer xidmətləri daxildir.

Qeyd olunub ki, proqramda iştirak etmək istəyən turizm agentliklərinin nümayəndələri işlədikləri şirkət, vəzifə və FİN kodu göstərilməklə my.gov.az sistemindən arayış təqdim etməlidirlər. Fam Trip-də yalnız getmə turizm (outgoing) üzrə fəaliyyət göstərən və “Summer Tour Azerbaijan” şirkəti ilə müqaviləsi olan turizm agentliklərinin əməkdaşları iştirak edə biləcək.

Tələb olunan sənədlər – arayış, vizit kartın skanı, pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti və əlaqə nömrəsi müvafiq olaraq 1-ci Fam Trip üçün 20 mart, 2-ci Fam Trip üçün isə 31 mart tarixinədək şirkətin elektron poçt ünvanına göndərilməlidir.

Bildirilib ki, səfərin tam proqramı hazır olduqdan sonra iştirakçılara təqdim ediləcək.

Oxşar xəbərlər