“ANEX Tour” ilk info-turunu Antalyaya təşkil edəcək – QEYDİYYAT

Fevral 14, 2026 15:27 / 107
“ANEX Tour” ilk info-turunu Antalyaya təşkil edəcək – QEYDİYYAT
A-
A
A+

“ANEX Tour” Azərbaycanda fəaliyyətə başlayandan sonra ilk info-turunu Antalya istiqamətinə təşkil edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, info-tur 20–27 aprel 2026-cı il tarixlərini əhatə edəcək və 7 gecə davam edəcək. Turun qiyməti ½ DBL yerləşmə əsasında 360 ABŞ dollarıdır. Proqram çərçivəsində iştirakçılar Pegasus Hava Yolları ilə uçuş, 4 və 5 ulduzlu otellərdə yerləşmə, hotel baxışları (inspection), AI qidalanma, tibbi sığorta və proqram üzrə transferlərlə təmin olunacaqlar.

Qeyd edək ki, infotur iştirakçılara Antalya istiqamətində təqdim olunan geniş otel bazasını və məhsul xüsusiyyətlərini daha yaxından öyrənmək, real satış təcrübəsi üçün vacib biliklər əldə etmək imkanı yaradacaq.

Bütün infoturlar haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün təqvim bölməsinə daxil ola bilərsiniz:
https://agent.anextour.az/calendar/infotour

📞 Əlaqə: +994 51 641 63 53

Oxşar xəbərlər