Marmarisdə 2026 turizm mövsümü bu tarixdə başlayıb noyabradək davam edəcək

Fevral 4, 2026 16:43 / 13
Marmarisdə 2026 turizm mövsümü bu tarixdə başlayıb noyabradək davam edəcək
A-
A
A+

Türkiyənin məşhur turizm mərkəzlərindən olan Marmarisdə 2026-cı il turizm mövsümü 14 mart tarixində Dalaman Hava Limanına enəcək ilk paket tur qonaqları ilə start götürəcək və 16 noyabradək davam edəcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Marmaris Ticarət Palatasının İdarə Heyətinin sədri S. Mutlu Ayhan mövsüm öncəsi dəyərləndirmələrində 2026-cı ilə nikbinliklə yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, mövcud göstəricilər ciddi bədbinliyə əsas verməsə də, qlobal iqtisadi və geosiyasi risklər fonunda diqqətli olmaq vacibdir.

2026-cı ildə Marmaris üçün əsas prioritetlərdən birinin kruiz turizmi olacağını vurğulayan Ayhan, ilk kruiz gəmisinin 28 aprel tarixində limana yan alacağını və mövsümün oktyabrın sonunadək davam edəcəyini açıqlayıb. Ümumilikdə 59 kruiz səfərinin planlaşdırıldığını bildirən Ayhan, 6 aylıq dövrdə təxminən 200 min sərnişin və heyət üzvünün Marmarisə gəlməsinin gözlənildiyini deyib.

Oxşar xəbərlər