“Summer Tour Azerbaijan” yenilikləri açıqladı – MÜASİR PLATFORMA ŞİRKƏTLƏRƏ NƏ VƏD EDİR?

Fevral 2, 2026 12:22 / 319
“Summer Tour Azerbaijan” yenilikləri açıqladı – MÜASİR PLATFORMA ŞİRKƏTLƏRƏ NƏ VƏD EDİR?
A-
A
A+

30 yanvar 2026-cı il tarixində “Summer Tour Azerbaijan” tərəfindən daxili turizm məhsullarının www.summertour.az onlayn platforması üzərindən operativ şəkildə rezervasiya olunmasına həsr edilmiş tərəfdaşlar üçün onlayn təqdimat keçirilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, tədbirdə turizm sənayesinin nümayəndələri ilə yanaşı, Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyi nümayəndələri də onlayn formatda iştirak ediblər.

Təqdimat zamanı yerli otellərin bronlaşdırılması, ekskursiya paketləri, regionlara səfərlər və digər daxili turizm xidmətlərinin bir neçə klik vasitəsilə paket formatında hazırlanaraq operativ şəkildə rezervasiya olunması mexanizmləri nümayiş etdirilib. Bildirilib ki, platforma müasir texnoloji həllərə əsaslanaraq turizm agentliklərinə minimum vaxt və resurs sərfi ilə daxili turizm məhsullarını satışa çıxarmaq imkanı yaradır.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb, bu cür texnoloji yanaşmaların daxili turizmin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Oxşar xəbərlər