“Etihad Airways” yenidən Azərbaycana uçuşlara başlayır – TARİX MƏLUM OLDU

Dekabr 25, 2025 13:34 / 84
“Etihad Airways” yenidən Azərbaycana uçuşlara başlayır – TARİX MƏLUM OLDU
A-
A
A+

Etihad Airways-in Abu-Dabi–Bakı birbaşa uçuşlarına başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbir Etihad Airways və Aviareps Azerbaijan tərəfindən təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, təqdimat mərasimində yeni hava əlaqəsinin perspektivləri, marşrutun regional və beynəlxalq əhəmiyyəti, eləcə də aviasiya və turizm sahəsində əməkdaşlıq imkanları barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2026-cı ilin iyun ayında Abu-Dabi–Bakı birbaşa reysinin açılması Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında nəqliyyat və turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Yeni marşrut ölkəmizin beynəlxalq turizm bazarında mövqeyinin güclənməsinə, turist axınının artmasına və biznes əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradacaq.

Oxşar xəbərlər